BAKI, 25 iyun. TELEQRAF

Demokratiyaların Müdafiəsi Fondu ABŞ-nin birinci xanımı Melaniya Trampa İranla bağlı çağırış edib.

Teleqraf xəbər verir ki, məktubda ABŞ administrasiyası nüvə danışıqlarına və enerji siyasətinə fokuslanarkən, birinci xanım da İranda insan haqlarının pozulmasına daha çox diqqət ayırmağa çağırılıb.

Fondunun təsisçisi Klifford Mey məktubda yazıb:

“İranın hazırkı rəhbərliyi sələflərindən heç də az radikal deyillər. Onlar nə yeni fəsil açmağa, nə də ölkələrinə kömək etməyə çalışırlar. Onlar Xomeyninin davamçılarıdır, İslamı geniş miqyasda bərpa etmək üçün öldürməyə və öldürülməyə meyllidirlər”.

Mey əlavə edib ki, Melaniya Trampı realist baxışlarını ətrafındakılara yüksək səslə çatdırmalıdır.