BAKI, 23 iyun. TELEQRAF

“İranın dondurulmuş aktivləri yalnız ABŞ-dən kənd təsərrüfatı məhsulları və dərmanların alınması üçün istifadə olunacaq”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“ABŞ Xəzinədarlığı tərəfindən buraxılan vəsaitlər və ya sanksiyaların yumşaldılması çərçivəsində alınan vəsaitlər ABŞ-nin nəzarətində olan eskro hesabına (üçüncü tərəfdə saxlanılan qiymətli kağızlar üçün eskro hesabı - red) köçürülür və yalnız ABŞ-dən qarğıdalı, buğda və soya da daxil olmaqla, qida və dərman almaq üçün istifadə olunacaq”, - o qeyd edib.