BAKI, 22 iyun. TELEQRAF

“ABŞ-nin İranla razılığa gələ bilmədiyi təqdirdə müxtəlif variantları var”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Region çox uzun müddətdir ağır vəziyyətdədir, Prezident Tramp bizə sülh üçün təməl qoymağı və davamlı sülhə nail olmağı tapşırıb. Əgər bu uğursuz olarsa, Prezidentin Amerikanın təhlükəsizlik məqsədlərinə çatmaq üçün hələ də bir çox variantı var. Amma hələlik sülh danışıqları bizim üçün müəyyən etdiyi yoldur, işləməyə davam edəcəyik, nəyə nail ola biləcəyimizi görəcəyik”, - o bildirib.

Vens hansı variantlardan danışdığını dəqiqləşdirməyib.