BAKI, 27 may. TELEQRAF

ABŞ-də 2026-cı ilin əvvəlindən baş verən silahlı insidentlər nəticəsində 5 mindən çox insan həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Gun Violence Archive” qeyri-hökumət təşkilatının hesabatında bildirilib.

Məlumata əsasən, mayın 26-na olan vəziyyətə görə, odlu silahdan açılan atəş nəticəsində 9 min 38 nəfər yaralanıb, 5 min 48 nəfər isə ölüb.

Hesabatda qeyd olunub ki, 2026-cı ildə ABŞ-da indiyədək 158 kütləvi atışma hadisəsi qeydə alınıb.

Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 38 hadisə az olduğu vurğulanıb