BAKI, 19 may. TELEQRAF

ABŞ mayın 20-də nüvə başlığı daşıya bilən “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Vandenberq Kosmik Qüvvələr Bazası (Kaliforniya) məlumat yayıb.

Silahsız qitələrarası ballistik raketin buraxılışı yerli vaxtla saat 00:01-dən 06:01-ə (Bakı vaxtı ilə saat 11:01-dən 17:01-ə qədər) bazanın şimal hissəsində planlaşdırılıb. Açıqlamada sınağın adi xarakter daşıdığı, bir neçə il əvvəl planlaşdırıldığı və mövcud qlobal hadisələrə cavab olmadığı vurğulanıb.

Qeyd edilib ki, sınaq proqramının məqsədi raket sisteminin effektivliyini, hazırlığını və dəqiqliyini təsdiqləməkdir.