BAKI, 18 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Fortune” nəşrinə verdiyi müsahibədə potensial varisi ilə bağlı suala cavab verməkdən imtina edib.
Teleqraf xəbər verir ki, müsahibə zamanı ona 2028-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə “Birinci Amerika” siyasətini kimin davam etdirəcəyi ilə bağlı sual verilib.
“Bu vəzifəni kim alsa, çox vacib fiqur olacaq. Amma səhv insanı seçsəniz, bu, fəlakət olacaq”, - Tramp bildirib.
Nəşr prezidentin mümkün varisləri arasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və oğlu Donald Trampın adlarını çəkib.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, səlahiyyət müddəti bitdikdən sonra “Birinci Amerika” siyasətinin necə davam edəcəyini dəqiq bilmir. Bununla belə, o, ABŞ-nin 2028-ci ildən sonra da öz maraqlarını müdafiə edə biləcəyinə əminliyini ifadə edib.