BAKI, 18 may. TELEQRAF

“ABŞ İranla Hörmüz boğazı ilə bağlı əldə edilməsi mümkünsüz razılaşma əldə etməyə çalışır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Senatının respublikaçı üzvü Lindsi Qrem “NBC News”a deyib.

“Hörmüz boğazı bağlı qaldığı müddətdə Tehranla heç vaxt baş verməyəcək razılaşma əldə etməyə nə qədər çox çalışsaq, İran bir o qədər güclənəcək”, - senator bildirib.

Qrem hesab edir ki, boğazla bağlı mövcud vəziyyət ancaq ABŞ-nin maraqlarına zərər verir, İranın hazırkı Ali rəhbəri Müctəba Xamenei sələfi Əli Xameneidən fərqlənmir. ABŞ senatının üzvü hesab edir ki, ABŞ İranı zəiflətmək üçün hərbi əməliyyatlarını davam etdirməlidir.