BAKI, 15 may. TELEQRAF

ABŞ İranın hərbi potensialını məhv edərək tam qələbə qazanıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Tam hərbi qələbə qazanmışıq. Bütün donanmasını tamamilə məhv etmişik. Hava qüvvələrini tamamilə darmadağın etmişik. Hava hücumundan müdafiə və müşahidə sistemlərini və liderlərini məhv etmişik”, - dövlət başçısı bildirib.

Tramp CNN və “The New York Times” (NYT) da daxil olmaqla, bir neçə media orqanının jurnalistlərini ABŞ-nin qələbəsinə dair həqiqəti yaymadıqlarına görə danlayıb. Amerika lideri jurnalistlərin “İranın hərbi cəhətdən yaxşı işlər gördüyü” iddiasnı xəyanət hesab edir.