BAKI, 8 may. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi naməlum anomal hadisələrlə bağlı yeni sənədləri yayımlamağa başlayıb və ictimaiyyətin onların məzmunu barədə müstəqil nəticə çıxara biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bunun üçün nazirliyin rəsmi saytında xüsusi bölmə yaradılıb.

“Yerdənkənar həyat və naməlum uçan obyektlərlə bağlı hökumət sənədlərinin müəyyən edilərək yayımlanması prosesinə başlamağı tapşırıram”, – ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun açıqlaması Pentaqon tərəfindən dərc olunub.

ABŞ Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, sənədlər daimi əsasda yayımlanacaq. Məlumata görə, sənədlərin hazırlanmasında Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi, Energetika Nazirliyi, NASA və Federal Təhqiqat Bürosu iştirak edir.