BAKI, 6 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin adının dəyişdirilməsini yenidən gündəmə gətirib.
Teleqraf xəbər verir ki, Tramp hazırda ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) kimi tanınan qurumun “Milli Miqrasiya və Gömrük Nəzarəti Xidməti” adlandırılmasını təklif edib.
Məlumata görə, bu adın ingiliscə qısaltması “NICE” kimi formalaşır ki, bu da “xoş” və ya “müsbət” mənasını verir.
Qeyd edək ki, Tramp daha əvvəl də eyni təşəbbüslə çıxış etmiş və bu ideyanı dəstəklədiyini bildirmişdi.