BAKI, 6 may. TELEQRAF
ABŞ-də ərzaq yardımı alanlar siyahısında 186 min ölmüş şəxsin adı yer alır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens açıqlama verib.
Onun sözlərinə görə, əlavə ərzaq yardımı proqramı çərçivəsində (SNAP) minlərlə artıq dünyasını dəyişmiş şəxs hələ də yardım alan kimi qeydiyyatda qalır.
Vens çıxışı zamanı qeyd edib ki, siyahıda bahalı Lamborghini markalı avtomobillərə sahib şəxslər də yer alır və bu hal proqramın düzgün işləmədiyini göstərir.
O əlavə edib ki, bu kimi hallar sosial yardım sistemində saxtakarlıqla mübarizənin gücləndirilməsini zəruri edir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə ölkədə saxtakarlığa qarşı mübarizəyə rəhbərlik etməyi tapşırıb.