BAKI, 30 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Almaniyada yerləşdirilmiş Amerika hərbi kontingentinin azaldılması məsələsinin nəzərdən keçirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədəki paylaşımında bildirib ki, ABŞ administrasiyası Almaniya ərazisində yerləşən qoşunların sayının azaldılması imkanını araşdırır.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar yaxın vaxtlarda qəbul ediləcək.

Qeyd edək ki, daha əvvəl Almaniya rəsmiləri ABŞ-nin ölkədəki hərbi bazalarından istifadəsinə məhdudiyyət qoymaq niyyətində olmadıqlarını bildirmişdilər.