BAKI, 9 aprel. TELEQRAF

“İran ABŞ ilə müharibədə ağır məğlubiyyətə uğrayıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Baş komandanı Bred Kuper deyib.

“İran rejiminin sərhədlərdən kənarda güc göstərmək qabiliyyətini məhv etmək üçün yola çıxdıq və bu missiyanı həyata keçirdik. İran ciddi hərbi məğlubiyyətə uğradı. ABŞ və İsrail İranın gələcək illərdə genişmiqyaslı hərbi əməliyyatlar aparmaq qabiliyyətini sistematli şəkildə məhv etdi”, - Kuper vurğulayıb.