BAKI, 7 aprel. TELEQRAF
“Bu müharibə tezliklə başa çatacaq. Prezidentin İran üçün müəyyən etdiyi son tarix bitənə qədər danışıqları davam etdirəcəyik”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Biz nüvə silahı olan və terrorizmi dəstəkləyən bir rejimin mövcud olmasını istəmirik. İranda müharibə məqsədlərinə nail olunub. Ümid edirik ki, İran ağıllı hərəkət edəcək”, - o bildirib.