BAKI, 2 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmerin Hörmüz boğazının açılması ilə bağlı yanaşmalarını tənqid edib.
Teleqraf xəbər verir ki, o, Avropa liderləri ilə telefon danışığından sonra NATO haqqında çoxlu yeni şeylər öyrəndiyini deyib.
“Söylədim ki, Emmanuel, Hörmüz boğazı ilə bağlı köməyiniz bizə lazım ola bilər. O isə cavab verdi ki, xeyr, bunu edə bilməz, yalnız müharibə bitəndən sonra kömək edə bilərlər. Bir çox müttəfiqlər də eyni şeyi deyir, bunlar sayəsində NATO haqqında çox şey öyrəndim”, - Tramp vurğulayıb.
Amerika liderinin sözlərinə görə, Kir Starmer də analoji müraciətə cavab olaraq deyib ki, bu məsələni növbəti həftə komandası ilə müzakirə etməlidir:
“Mən isə ona cavab verdim ki, sən baş nazirsən, kimdənsə soruşmalı deyilsən”.