BAKI, 31 mart. TELEQRAF
ABŞ İranın İsrailin Hayfa neft emalı zavoduna hücumuna tezliklə cavab verəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post”a deyib.
“Hər şeyi tezliklə görəcəksiniz”, - o, Hayfaya endirilən zərbələrə münasibəti ilə bağlı suala cavab olaraq bildirib.
İran Silahlı Qüvvələri bundan əvvəl Hayfa neft emalı zavoduna hücum etmişdi.