BAKI, 23 mart. TELEQRAF

“ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı aylarla davam edə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Corc Buşun müşaviri Tomas Qrem deyib.

Sabiq müşavirin fikrincə, əməliyyatın nəticələrini ABŞ-nin hazırkı Prezidenti Donald Trump üçün indidən qiymətləndirmək tezdir.

“Nə qədər vaxt keçib? Üç həftə? O əvvəl söyləmişdi ki, bu, bir neçə həftəlik məsələdir. Amma bir neçə ay da çəkə bilər. Amma dörd-altı həftə normal hesab olunur. Hələlik üç həftə keçib. Görək necə olacaq”, - Tomas Qrem vurğulayıb.