BAKI, 28 fevral. TELEQRAF

ABŞ Pakistanın Əfqanıstanın Taliban Hərəkatına qarşı özünümüdafiə hüququnu dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker bildirib.

“Baş verənləri diqqətlə izləməyə davam edirik. Artıq Pakistanın Taliban tərəfindən edilən hücumlara qarşı müdafiə hüququna dəstəyimizi ifadə etmişik”, - o deyib.

Allison Huker qeyd edib ki, Pakistan xarici işlər nazirinin müavini Əminə Bəlucla telefon danışığı apararaq Talibanla son qarşıdurma nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

ABŞ Prezidenti Donald Tramp da Pakistana dəstəyini ifadə edib: “Pakistanla çox-çox yaxşı münasibətlərim var”.

Amerika lideri Pakistan Baş naziri Şahbaz Şərifə böyük hörmətlə yanaşdığını vurğulayıb: “Düşünürəm ki, Pakistanın işləri əla gedir”.