BAKI, 22 yanvar. TELEQRAF

“Ukrayna bu qışdan salamat çıxsa, Rusiya ilə müharibədə üstünlük qazanacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Çətin qışdır. Kiyevdə nələrin baş verdiyini başa düşürəm, temperaturdan xəbərim var. Amma səmimi qəlbdən inanıram ki, əgər Ukrayna bu qışdan, yanvar-fevral aylarından salamat çıxsa, mart-aprel aylarından sonra üstünlük Rusiyada yox, Ukraynanın tərəfində olacaq”, - Kelloq vurğulayıb.