BAKI, 22 yanvar. TELEQRAF

“Rusiya-Ukrayna münaqişəsinin həlli prosesi artıq bir məsələnin müzakirəsi ətrafında gedir, bura qədər gəlib çıxmışıq”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Nizamlanma sözün əsl mənasında hərtərəfli məsələdir, məncə, biz onu bir məsələyə qədər endirmişik. Bu isə o deməkdir ki, vəziyyətin həlli mümkündür”, - o qeyd edib.