BAKI, 21 yanvar. TELEQRAF

“Ukrayna Rusiya ilə müharibənin dayandırılması üzrə danışıqlarda əldə olunan irəliləyişi olduğundan az göstərir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

“Ukraynalılar deyirlər ki, sülh məsələsi üzrə danışıqlarda irəliləyiş artıq 90 faizə çatıb, bununla razıyam. Həm də düşünürəm ki, ötən həftəsonu bundan da əhəmiyyətli nailiyyətlər əldə etdik. Yaxın bir neçə həftədə nə olacağını bilmirəm, amma bilirəm ki, Cenevrədəki danışıqlardan sonrakı 6-7 həftə ərzində ukraynalıların dediyindən daha çox irəliləyiş əldə etmişik. Amma indi onların sözlərini təkrarlayacağam. Ukraynalılara görə, irəliləyiş son 3-4 ildəkindən daha böyükdür”, - o vurğulayıb.