BAKI, 21 yanvar. TELEQRAF
“ABŞ İranla danışıqlar aparmır, amma iki tərəf arasında təmaslar olub”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
ABŞ rəsmisinin fikrincə, İranla razılaşma mütləq baş tutmalıdır, əks halda, bütün dünya üçün ən pis günlər qabaqdadır.
“Ümid edirik ki, konsensus əldə olunacaq”, - Uitkoff əlavə edib.