BAKI, 19 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Amerikanın Kosmik Üstünlüyünün Təmin Edilməsi” fərmanını imzalayıb.
Teleqraf xəbər verir ki, bununla ABŞ-nin kosmosdakı mövqelərinin gücləndirilməsi planlaşdırılır.
Sənədə əsasən, 2028-ci ilə qədər amerikalı astronavtların Aya qayıtması, 2030-cu ildə isə daimi Ay bazasının tikintisinin başlanılması nəzərdə tutulur. Proqrama həmçinin Yerin orbiti və Ayda nüvə reaktorlarının yerləşdirilməsi daxildir ki, onlardan biri 2030-cu ilə qədər istifadəyə hazır olmalıdır.
Fərman kosmik müdafiənin inkişafı, 2028-ci ilə qədər yeni raket əleyhinə texnologiyaların sınaqları və kosmik iqtisadiyyatın təşviqini əks etdirir, bu müddət ərzində azı 50 milyard dollarlıq investisiyanın cəlb olunması nəzərdə tutulur. Sənəddə həmçinin 2030-cu ilə qədər Yerin orbitində özəl kosmik stansiyaların yaradılması təsdiqlənir və sabiq prezident Co Bayden tərəfindən qəbul edilmiş kosmik siyasətə dair icraçı fərman ləğv edilir.