BAKI, 12 dekabr. TELEQRAF
“Rusiya-Ukrayna müharibəsi davam etsə, Üçüncü Dünya müharibəsinə çevrilə bilər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Müharibənin dayanmasını çox istəyirəm, bütün səylərimiz buna yönəltmişik. Vəziyyət nəzarətdən çıxmasa, bu, ABŞ-yə o qədər də təsir göstərmir. Amma amma belə şeylər Üçüncü Dünya müharibəsinə gətirib çıxarır”, - o bildirib.
Donald Tramp həmçinin qeyd edib ki, ABŞ artıq Rusiya və Ukrayna ilə anlaşma əldə etməyə yaxındır.