BAKI, 12 dekabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın ailəsinin təhlükəsizliyinə zəmanət verəcəyi və ölkədən 200 milyon dollar çıxarmasına icazə verəcəyi təqdirdə Belarusu mümkün sığınacaq kimi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Agentlik yazıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Venesuela ilə, xüsusən də ölkənin keçmiş lideri Uqo Çaveslə yaxşı münasibətləri olub.

Donald Tramp bundan öncə “Politico”ya müsahibəsində Nikolas Maduronun Venesuela prezidenti kimi günlərinin sayılı olduğunu bəyan etmişdi.