BAKI, 29 oktyabr. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı fikirlərim son altı ayda dəyişib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Bu barədə danışmaq mənim üçün çox çətindir. Hər dəfə özəl olaraq proqnoz verəndə bir ay sonra başqa bir şey olur. Altı ay əvvəl məndən soruşsaydınız, müharibəni heç vaxt dayandırmayacaqlarını deyərdim. Amma bir ay əvvəl məndən soruşsaydınız, deyərdim ki, inanılmaz irəliləyiş əldə edirik. Ona görə də proqnozlar vermək çətindir”, - o qeyd edib.

Ceyms Devid Vens hesab edir ki, gələcək nizamlanma ilə bağlı konkret proqnozlar vermək çətindir:

“Bizə elə gəlir ki, bəzən Rusiya ilə irəliləyiş əldə edirik, bəzən Ukrayna və digərləri ilə. Amma əslində heç birində irəliləyiş əldə etmirik. Buna görə də prezident daim Amerikanın təsirindən istifadə etməkdə israr edir və bunun üzərində işləməyə davam edəcəyik. Dəqiq deyə bilmərəm, amma bu, sona çatacaq. Həmçinin hər iki tərəf resurslarının azalma nöqtəsinə çatıb”.

Vitse-prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp müharibənin diplomatik üsullara dayandırılması mövqeyinə sadiqdir: “Co Bayden dövrü ilə müqayisədə Prezident Trampın dönəmində vəziyyət kəskin şəkildə dəyişib”.