BAKI, 2 oktyabr. TELEQRAF
Federal hökumətin qismən fəaliyyətinin dayandırılması (şatdaun) ABŞ-nin beynəlxalq mövqeyini zəiflədir və ölkənin təhlükəsizliyinə təhdid yaradır.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.
“Konqresdəki demokratlar hökumətin fəaliyyətini dayandırmaq qərarı qəbul edib. Partiya maraqlarına yönəlmiş bu addımlar Amerikanın dünya arenasındakı mövqeyini zəiflədir və milli təhlükəsizliyə təhdid yaradır”, - o qeyd edib.
ABŞ federal hökumətinin fəaliyyəti oktyabrın 1-i maliyyələşdirmənin olmaması səbəbindən qismən dayandırılıb.