BAKI, 01 oktyabr. TELEQRAF

ABŞ Konqresinin Senatı federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini qəbul etməyib.

Teleqraf xəbər verir ki, qanun layihəsi Demokratlar Partiyası tərəfindən təqdim edilib.

Senatın 47 üzvü sənədin lehinə, 53 üzvü əleyhinə səs verib. Onun təsdiqlənməsi üçün ən azı 60 səs tələb olunurdu.

Qeyd edək ki, qanun layihəsi 1 oktyabr tarixində hökumətin fəaliyyətinin qismən dayandırılmasının (şatdaun) qarşısını almağa yönəlmişdi.