BAKI, 23 sentyabr. TELEQRAF
“Prezident Kasım-Jomart Tokayevin Nyu-Yorka səfəri Qazaxıstana milyardlarla dollar investisiya cəlb edəcək”.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat katibinin köməkçisi Ruslan Jeldibayın bildirib.
Onun sözlərinə görə, Kasım-Jomart Tokayevin Nyu-Yorka işgüzar səfəri zamanı Qazaxıstan və ABŞ-nin iri şirkətləri arasında 11 saziş və memorandum imzalanıb:
“Sənədlər ölkə iqtisadiyyatına 5,2 milyard ABŞ dolları məbləğində investisiya qoyulmasını nəzərdə tutur, nəqliyyat, logistika, energetika, informasiya texnologiyaları kimi strateji əhəmiyyətli sahələri əhatə edir”.
Qazaxıstan prezidenti bundan əvvəl Nyu-Yorkda Amerika biznes nümayəndələri ilə dəyirmi masada iştirak edib.
Kaşım Jomart-Tokayev görüşdə bildirib ki, ABŞ 100 milyard dollardan çox sərmayə ilə Qazaxıstan iqtisadiyyatına ən böyük investisiya qoyan ölkədir: “Hazırda ölkəmizdə 630-dan çox Amerika şirkəti uğurla fəaliyyət göstərir. Onların arasında “Chevron”, “ExxonMobil”, “Boeing”, “Visa”, “Mastercard”, “Meta” və “C. Wabititec” kimi məşhur brendlər var”.