BAKI, 23 sentyabr. TELEQRAF
“Avropa Rusiyadan neft aldığı müddətdə ABŞ ona qarşı yeni tədbirlər görməyəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp belə bir variantın olduğunu bilir ki, nə vaxtsa Rusiyaya qarşı tədbirlər görməli olacaq:
“Ancaq o, həmçinin bəyan edib ki, biz bunu etməmişdən əvvəl Avropa bunu etməlidir. Onlar bizdən bunları tələb edirlər, amma Avropada hələ də Rusiyadan böyük həcmdə neft-qaz alan ölkələr var. Ona görə də onların addım atmasının vacib olduğunu düşünürəm”.