BAKI, 23 avqust. TELEQRAF

ABŞ hökuməti “Intel” şirkətinin səhmlərinin 10%-ni əldə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Bu addım Trampın şirkətin yeni rəhbəri Lip-Bu Tanı Çin şirkətləri ilə "son dərəcə ziddiyyətli" əlaqələrinə görə istefaya çağırmasından cəmi bir neçə həftə sonra baş verib.

Analitiklər hesab edirlər ki, federal dəstək maliyyə çətinlikləri ilə üzləşmiş “Intel” şirkətinə tökmə biznesini canlandırmağa imkan verə bilər.