BAKI, 20 iyul. TELEQRAF
Hollivudda avtomobili kütlənin üzərinə sürən və 30 nəfərin xəsarət almasına səbəb olan şəxs həbs olunub.
Teleqraf xəbər verir ki, bu barədə Los-Anceles Polis Departamenti məlumat yayıb.
"O, xəstəxanaya aparılıb, üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti sabitdir. Lakin, o, sərbəst buraxılmayıb, Los-Anceles Polis Departamentinin nəzarəti altındadır. Hazırda ona qarşı qətlə cəhd və ölümcül silahla hücum kimi ittihamlar irəli sürülüb”, - məlumatda deyilir.
***
15:05
Los-Ancelesin Santa Monika bulvarında bir avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində insanlar xəsarət alıb.
Teleqraf "NBC News"a istinadən xəbər verir ki, Los-Anceles Yanğınsöndürmə İdarəsi ən azı 20 nəfərin yaralandığını bildirib.
Yaralananlardan 4-5 nəfərin vəziyyəti ağırdır Digərlərinin isə vəziyyəti orta- ağır və qənaətbəxş qiymətləndirilir.