BAKI, 7 iyul. TELEQRAF

Amerikalı sahibkar İlon Mask etiraf edib ki, onun yaratdığı Amerika siyasi partiyası gələcək prezident seçkilərində namizədlərdən birini dəstəkləyəcək.

Teleqraf xəbər verir ki, o öz sosial şəbəkə hesabında belə yazıb.

O bildirib ki, gələn il onun əsas səyləri ABŞ Konqresində yerlər qazanmağa yönələcək: "Prezidentliyə namizədlərdən birinə dəstək istisna deyil, lakin yaxın 12 ayda əsasən Nümayəndələr Palatası və Senat istiqamətinə diqqət veriləcək".

***

01.43

ABŞ Prezidenti Donald Tramp amerikalı milyader İlon Maskın yeni partiya yaratmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri onun ölkədə üçüncü siyasi partiya yaratmaq planlarını gülünc adlandırıb.

O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

D.Tramp deyib: "O, bununla əylənə bilər, amma məncə, bu, gülüncdür" deyən Ağ Ev rəhbəri yeni partiyanın yaranmasının "çaşqınlıq" doğuracağı barədə xəbərdarlıq edib.

***

6 iyul, 18.39

Amerikalı milyarder İlon Mask "Amerika Partiyası"nı qeydiyyatdan keçirmək üçün rəsmi sənədləri təqdim edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, yaradılan siyasi qüvvənin əsas məqsədi ABŞ-də “birpartiyalı sistemi sarsıtmaq" olacaq.