BAKI, 11 sentyabr. TELEQRAF

Türkiyə təmsilçisi "Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal komandanın bugünkü məşqinə çıxmayıb.

Teleqraf xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsində “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verən mütəxəssis klubun saat 12:00-da başlayan məşqində iştirak etməyib və komandanın bazasına getməyib.

“Fənərbağça”nın prezidenti Aziz Yıldırım təcrübəli mütəxəssisin istefasını qəbul etməyib. Buna baxmayaraq, Kartalın bu gün məşqə çıxmayaraq qərarından geri çəkilmədiyini göstərib.

Bildirilir ki, klubun futbol direktoru Oğuz Çətin İsmail Kartalı istefasından daşındırmaq və vəzifəsinə qayıtmağa razı salmaq üçün onunla görüşməyə gedib.

Qeyd edək ki, iyuldan Super Liqa klubunun "sükanı arxası"nda olan İsmayıl Kartalın müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatacaq.