XANKƏNDİ, 11 sentyabr. TELEQRAF
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar müəssisəyə baş çəkərək burada aparılan işlər və istehsal prosesləri barədə məlumat alıblar.