BAKI, 11 sentyabr. TELEQRAF

İngiltərənin “Hall Siti” klubunun və Uels millisinin futbolçusu Sorba Tomas məşqə gedərkən avtomobil qəzasına düşüb.

Teleqraf xəbər verir ki, 27 yaşlı oyunçunun idarə etdiyi avtomobil Kottingemdəki klubun məşq bazasının yaxınlığında qəzaya uğrayıb.

Klub hadisədən sonra rəsmi açıqlama yayaraq Tomasın qəza nəticəsində xəsarət almadığını bildirib.

Qeyd edək ki, Tomas sentyabrın əvvəlində “Hall Siti”yə keçib. Uelsli futbolçu Premyer Liqada bir matçda meydana çıxıb.