BAKI, 30 iyun. TELEQRAF
Aydohadakı yanğın hadisəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Teleqraf xəbər verir ki, məlumatı NBC News yayıb.
Belə ki, silahlı şəxs hadisə yerinə gələcək yanğınsöndürənlərə atəş açmaq üçün qəsdən yanğın törədib və fövqəladə hallar xidmətinin əməkdaşları pusquya düşüblər.
Nəticədə ən azı iki nəfər ölüb, qurbanların dəqiq sayı məlum deyil.
Hadisə yerində polis və FTB agentləri işləyir.
Onlar hələ ki, silahlının təkbaşına hərəkət etdiyini və ya bir neçə cinayətkarın olub-olmadığını müəyyən edə bilməyiblər.
04.38
Amerikanın Aydaho ştatında yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Onlar yanğınla yanaşı, gülləbaranla qarşılaşıblar.
Nəticədə yanğınsöndürmə briqadasının bir neçə üzvü xəsarət alıb.
Məlumata görə, ştat ərazisində meşə yanğını başlayıb. Yanğınsöndürənlər atışma səbəbindən yanğınla mübarizəni təxirə salmalı olublar. Ştat rəhbərliyi sakinləri sığınacaq tapmağa çağırıb.