BAKI, 27 iyun. TELEQRAF

Bu gün ABŞ Prezidenti Donald Tramp üçün kəşfiyyat brifinqi keçiriləcək.

Teleqraf xəbər verir ki, söhbət ABŞ-nin İrana zərbələri fonunda məxfi məlumatların sızdırılmasından gedir.

Ağ Evin məlumatında deyilir: "Prezident saat 11:00-da (Bakı vaxtı ilə 27 iyun, 18:00) kəşfiyyat brifinqini dinləyəcək".

Brifinqin mövzusu mətbuat üçün dəqiqləşdirməyib.

Qeyd edək ki, az əvvəl ABŞ Prezidenti Donald Tramp məxfi məlumatların sızıdırılması ilə bağlı demokratları ittiham etmişdi.