BAKI, 10 iyun. TELEQRAF

Los-Anceles polisi etiraz aksiyasının iştirakçılarına qarşı işıq-səs qumbaralarından istifadə edib.

Teleqraf xəbər verir ki, etiraz aksiyası iştirakçılarından biri rezin güllədən ayaq yarası alıb.

Qeyd edək ki, iyunun 10-na keçən gecə etirazçılar şəhərin mərkəzində hökumət binasının yaxınlığında toplaşıblar. Polis nümayişçiləri dağıtmağa çalışsa da, onlar dağılışmayıblar. Aksiya iştirakçılarının sayı dəqiqləşdirilməyib. Jurnalistlər şəhərdə bir neçə etiraz aksiyasının keçirildiyini qeyd edirlər.