BAKI, 10 iyun. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Kaliforniya ştatının Los-Anceles şəhərinə Dəniz Piyadaları Korpusunun təxminən 700 hərbçisini göndərəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının bəyanatında deyilir.
Sənədə görə, dəniz piyadaları Los-Anceles və onun ətrafında federal xidmət və idarə əməkdaşlarının, eləcə də dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə kömək edəcəklər. Onlar şəhərə köçürülən Kaliforniya Milli Qvardiyasının hərbçiləri ilə birlikdə fəaliyyət göstərəcəklər.