BAKI, 7 iyun. TELEQRAF

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində yazdığı və ABŞ Prezidenti Donald Trampın “Epşteyn işi” ilə bağlı sənədlərdə adının keçdiyini iddia etdiyi paylaşımını silib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.

İlon Mask bundan əvvəl bildirmişdi ki, Ağ Ev rəhbərinin adı “Epşteyn işi” ilə bağlı sənədlərdə keçir:

“Əsl bombanı atmağın vaxtı gəldi: Prezident Donald Tramp “Epşteyn işi”nə qarışıb. Bu dosyelərin yayımlanmamasının əsl səbəbi budur. Günaydın, Donald Tramp!”

Maliyyəçi Ceffro Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbs olunub. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər.

“Epşteyn işi”nə qarışanlar arasında təkcə onun ABŞ-dəki dostları və tanışları yox, həm də bir çox başqa ölkələrdən çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları da var. ABŞ-də bu məsələyə dair cinayət işi 2019-cu il avqustun 10-da həbsxana kamerasında Epşteynin intihar etdikdən sonra dayandırılıb.