BAKI, 6 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və iş adamı Elon Mask arasında qızışmaqda olan mübahisə “SpaceX” şirkəti ilə hökumət arasında imzalanmış təxminən 22 milyard dollar dəyərində müqavilələrin taleyini risk altında qoyur.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, mübahisə ABŞ-nin bir çox kosmik proqramlarında dəyişikliklərə səbəb ola bilər.
Xatırladaq ki, milyarderin prezidentin vergi ilə bağlı qanun layihəsini tənqid etməsindən sonra qızışan söz atışması səbəbindən Tramp hökumətin Maska məxsus şirkətlərlə bağladığı müqavilələri ləğv etməklə hədələyib, Mask isə cavabında kosmik şirkətinin "Dragon" kosmik gəmisini dərhal istismardan çıxarmağa başlayacağını bildirib.