BAKI, 6 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sahibkar, “Tesla” şirkətinin baş direktoru İlon Maskın ağlını itirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə öz “Truth” sosial şəbəkəsində yazıb.
Ağ Ev rəhbəri bildirib ki, milyarder "tükənmişdi”, elə buna görə də ondan ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk etməsini xahiş edib. "Mən onun elektrik avtomobilləri mandatını əlindən aldım. Bu mandat hamını heç kimin istəmədiyi elektrik avtomobillər almağa məcbur edirdi. O, aylardır bilirdi ki, mən bunu edəcəyəm! O, sadəcə ağlını itirdi!", - Tramp yazıb.