BAKI, 21 may. TELEQRAF

ABŞ-nin Kaliforniya və Florida ştatlarında federal hüquq-mühafizə orqanlarının əməkdaşları erməni mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqəsi olan 13 nəfəri həbs ediblər.

Teleqraf xəbər verir ki, dəstə San-Fernando vadisində fəaliyyət göstərib.

Dəstə üzvləri adam öldürməyə cəhd, adam oğurluğu, 83 milyon dollarlıq oğurluq, qanunsuz silah saxlama, bank və kredit kartları ilə fırıldaqçılıqda ittiham olunurlar.

İstintaq ifadələrinə əsasən, rus mafiyası ilə əlaqəsi olan erməni mütəşəkkil cinayətkar qrupun mərkəzi Los-Ancelesdə yerləşir. Müttəhimlər arasında Ara Artuni (adam öldürməyə cəhddə ittiham olunur) və Robert Amiryan (adam oğurluğu) var.

Dəstə “Amazon” şirkətləri adı altında göndərişləri hədəfə alıb. “Amazon”un məlumatına görə, oğurlanmış malların ümumi dəyəri 83 milyon dolları ötür.

Əməliyyat zamanı təxminən 100 min dollar pul, 14 silah və 3 zirehli maşın ələ keçirilib. Bir nəfər isə hələ də axtarılır.

İş beynəlxalq cinayətkar dəstələrlə mübarizə çərçivəsində araşdırılır.