BAKI, 19 may. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü şərh edib.

Teleqraf xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki mikrobloqunda Vatikanda yeni Roma Papası XIV Leonun taxtaçıxma mərasimindən sonra baş tutan danışıqlardan foto paylaşıb.

"Ölkələrimiz Ukraynada lüzumsuz qan tökülməsinin dayandırılması məqsədini bölüşür. Biz atəşkəsin əldə olunması və dayanıqlı sülhün bərqərar olması ilə bağlı davam edən danışıqlar haqqında son xəbərləri müzakirə etdik", - Devid Vens yazıb.

Qeyd edək ki, görüşdə həmçinin ABŞ-nin Dövlət katibi Marko Rubio da iştirak edib.