
BAKI, 16 aprel. TELEQRAF
İran Xarici İşlər Nazirliyi Argentinanın Tehrandakı müvəqqəti işlər vəkilini ölkə rəsmilərinə qarşı Argentina Baş Prokurorluğunun ittihamlarına kəskin etirazını bildirmək üçün çağırıb.
Teleqraf xəbər verir ki, müvəqqəti işlər vəkilinə İranın kəskin etirazını bildirən rəsmi nota təqdim olunub.
Söhbət 1994-cü il iyulun 18-də Buenos-Ayresdə Argentina Yəhudi Mədəniyyət Mərkəzinin binası yaxınlığında baş vermiş terror aktından gedir. Bomba partlaması nəticəsində 85 nəfər həyatını itirib, 300-dən çox insan yaralanıb. Argentina hadisədə “Hizbullah” Hərəkatı və onun dəstəkçisi İranı günahlandırıb.