BAKI, 14 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Sumı şəhərinə irimiqyaslı raket zərbələrini şərh edərkən bildirib ki, ona Rusiyanın səhv etdiyini deyiblər.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Düşünürəm ki, bu, dəhşətlidir. Mənə dedilər ki, onlar səhv ediblər. Amma bu, dəhşətlidir”, - Tramp qeyd edib.

Rusiyanın “səhv” etdiyini deyərkən nəyi nəzərdə tutması barədə suala ABŞ prezidenti belə cavab verib:

“Düşünürəm ki, belə olub, bunu onlardan soruşun”.

Tramp konkret olaraq kimdən danışdığını açıqlamayıb.

Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələrinin dünən həyata keçirdiyi kütləvi zərbələr zamanı Sumıda 40-a yaxın insan həlak olub, 100-ə qədəri yaralanıb.