BAKI, 11 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən hərbi yardım müqabilində Co Bayden administrasiyasına mineral ehtiyatlarla bağlı sazişin imzalanmasını təklif etmişdi.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken deyib.

“Vəzifədə olduğumuz son altı ayda Zelenskinin bizə təklif etdiyi yardım paketinə nadir torpaq metalları sahəsində əməkdaşlıq da daxil idi”, - sabiq dövlət katibi bildirib.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş verən mübahisədən sonra faydalı qazıntılar üzrə sazişin imzalanması pozulub. Martın 27-də Kiyev bəyan edib ki, Vaşinqtondan yeni təklif alıb və bu, əvvəlkindən qat-qat sərt olub. Yeni layihə Kiyevi 120 milyard dollardan çox məbləğdə yardımı kompensasiya etməyə məcbur edir.