BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE ) rəhbəri İlon Maskı gördüyü işlərə görə tərifləyib, amma ona ehtiyacının olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı deyib.

“İlon fantastik iş görüb, özü də burada oturub. İlona ümumiyyətlə ehtiyacım yoxdur, ancaq onu bəyənirəm. Bu oğlan fantastik iş görüb”, - Tramp vurğulayıb.

Tramp endirim istəmədən Maskın sahibi olduğu “Tesla” şirkətinin avtomobilini aldığını bildirib:

“Onun avtomobilinə ehtiyacım yoxdur. Amma birini almışam. Məndən soruşdular ki, sən bunu alarkən sövdələşmisən? Yox, dedim ki, mənə ən yüksək qiymətə ver. Mən o maşına çox pul verdim”.

ABŞ prezidenti dəstək üçün Maskın şirkətindən avtomobil aldığını söyləyib:

“Bilirsiniz, o, fantastik iş gördü, amma ona düzgün münasibət göstərilmədi”.