BAKI, 23 mart. TELEQRAF

Amerikalı milyarder İlon Maskın qızı Vivian Vilson atası ilə heç bir əlaqə saxlamadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, atası ilə 2020-ci ildən bəri əlaqə saxlamadığını və yenidən əlaqə qurmaq fikrində olmadığını söyləyib.

Vivian qeyd edib ki, hər dəfə adı Maskla əlaqələndiriləndə əsəbiləşir:

“İnsanların məni onunla əlaqələndirməsi məni əsəbləşdirir, o, pafoslu "yazıq uşaq"dır. Mən ondan niyə qorxmalıyam? Çox gücü var, amma mənə önəm vermir deyə? Zəngin olduğuna görə? “Qorxudan” titrəyirəm. Kiminsə nə qədər pulunun olması məni maraqlandırmır”.

Vivian 18 yaşına çatanda qanuni adının dəyişdirilməsi üçün müraciət edib. Səbəb Mask soyadı ilə daha çox bağlı olmaq istəməməsi və özünü transgender kimi təqdim etməsidi. Öz etirafına görə, İlon onun barəsində “mənim üçün ölüb” deyib.

ABŞ-də transseksuallara qarşı yeni qanun Vivianı hiddətləndirib.